Müşfiqabad qəbiristanlığı zibilliyə çevrilib
Yeniliklərdən dərhal xəbərdar olun
Müşfiqabad qəsəbəsində yerləşən qəbiristanlıq zibillik ərazisinə çevrilib.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Sakinlərin iddiasına görə, ərazi uzun müddətdir təmizlənmir, müxtəlif məişət tullantıları və heyvan cəsədləri qəbiristanlıq ərazisində qalır.
İddia edilir ki, zibil bəzən yerində yandırılır, bəzən isə bir nöqtəyə yığılaraq aylarla ərazidən daşınmır. Həmçinin əraziyə ölü heyvan qalıqları atılır. Nəticədə ətrafda kəskin üfunət iyi yaranır və qəbiristanlığı ziyarət etmək çətinləşir.
Sakinlər bildirirlər ki, vəziyyətin dözülməz həddə çatması səbəbindən bir neçə dəfə öz vəsaitləri hesabına ərazini təmizlətdiriblər. Buna baxmayaraq, problemin qısa müddət sonra yenidən təkrarlandığını və qəbiristanlığın faktiki olaraq zibilxananı xatırlatdığını deyirlər.
Ərazidən kadrları təqdim edirik:
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddətdə...