Müğənni Tural Gəncəli "avtoşluq" etdi, polisə tabe olmadı, həbs edildi
Müğənni Tural Gəncəli yol hərəkəti qaydalarını pozaraq bir neçə avtomobilə ziyan vurub.
Görüntülərdə onun "Toyota Prius" markalı maşını bir neçə dəfə qəsdlə vuraraq ərazidən uzaqlaşdığı, polis əməkdaşlarının tələbinə məhəl qoymadığı görünür.
Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi Toğrul Nəsirli Oxu.Az-a açıqlamasında bildirib ki, narkotik vasitənin təsiri altında olan, hərəkət iştirakçılarının həyatına real təhlükə yaradan, "Mercedes-Benz" markalı 99-MM-276 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Tural Abdullayev tabesizlik göstərsə də, görülən tədbirlər nəticəsində saxlanılıb və toplanılmış materiallar aidiyyəti üzrə məhkəməyə göndərilib.
Məhkəmənin qərarına əsasən, T.Abdullayevin sürücülük hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla o, 30 sutka inzibati qaydada həbs edilib.
Oxşar xəbərlər
Şirvanda bıçaqlanma: 1 nəfər ölüb, 2 nəfər yaralanıb - TƏFƏRRÜAT
Yanvarın 1-də saat 20 radələrində Şamaxı şəhərində 43 yaşlı Zaur Osmanovla qardaşlar - 42 yaşlı Məqatil Alıyev və 53 yaşlı Vüqar Alıyev arasında şəxsi münasibət...