Müğənni Nəfəsin “Range Rover”dən külli miqdarda pul oğurlandı
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda “Range Rover”dən oğurluq edən şəxs saxlanılıb.
Bu barədə BAKU.WS-ə DİN Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə ötən il dekabrın 30-da rayon ərazisində “Range Rover” markalı avtomobildən 6000 manatın oğurlanması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Ağdaş rayon sakini T.Ağayev müəyyən olunaraq saxlanılıb.
"Oxu.az"ın verdiyi məlumata görə, pul tanınmış müğənni Nəfəsin maşınından oğurlanıb.
Oxşar xəbərlər
“Range Rover” qəza törətdi, iki nəfər öldü, maşındakı 40 min dollar oğurlandı - YENİLƏNİB - VİDEO
Bakıda avtomobildən 40 min dollar pul oğurlanması hadisəsinin detalları bəlli olub. BAKU.WS Trend-ə istinadla xəbər verir ki, 40 min dollar pul qəzaya düşən maş...