Müəllim 8 yaşlı şagirdini bıçaqlayaraq öldürüb
Yeniliklərdən dərhal xəbərdar olun
Cənubi Koreyanın Daejeon şəhərində ibtidai məktəbdə 40 yaşlı müəllim 8 yaşlı şagirdini bıçaqlayaraq öldürüb.
BAKU.WS Yonhap agentliyinin məlumatına görə, hər iki şəxs məktəbdə ağır yaralı halda tapılıb.
Şagird huşsuz vəziyyətdə xəstəxanaya aparılıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb. Müəllimin isə müalicəsi davam edir.
Hadisə ilə bağlı araşdırmalara başlayan polis, müəllimin şagirdini öldürdükdən sonra intihara cəhd etdiyini açıqlayıb.
Məlumata görə, müəllim daha əvvəl depressiya səbəbilə işdən müvəqqəti uzaqlaşdırılmış, lakin keçən ilin sonunda yenidən vəzifəsinə qayıtmışdı.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddətdə...