Müdafiə Nazirliyinin 6 milyonluq mənimsəmədə ittiham olunan zabitinə AĞIR CƏZA

Müdafiə Nazirliyinin 6 milyonluq mənimsəmədə ittiham olunan zabitinə AĞIR CƏZA
Hadisə 67

Müdafiə Nazirliyinin sabiq maliyyə xidməti rəisi Namiq Mirzəyev barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Bilal Məmmədovun sədrliyi ilə keçirilən iclasda hökm elan edilib.

Məhkəmənin qərarına əsasən, Namiq Mirzəyev 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Məhkəmə hökmündə N.Mirzəyevin Müdafiə Nazirliyinə vurduğu ziyanın məbləği və onun bərpası ilə bağlı diqqətçəkən məqamlar açıqlanıb.

Qeyd olunub ki, o, iş üzrə dəymiş 6 milyon manat ziyanın cəmi 343 min 810 manatını dövlət büdcəsinə qaytarıb. Beləliklə, dəymiş ziyanın yalnız 5,7 faizdən az hissəsi ödənilib.

DTX tərəfindən aparılmış istintaq-əməliyyat tədbirləri zamanı məlum olub ki, Namiq Mirzəyev 2023-2024-cü illərdə Müdafiə Nazirliyində xüsusilə külli miqdarda dövlət vəsaitini mənimsəyib. Ona qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülmüşdü.

Xatırladaq ki, Namiq Mirzəyev Müdafiə Nazirliyindəki mənimsəmə faktına görə həbs edilmiş digər yüksəkvəzifəli şəxs - Maliyyə-Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədov və digərlərinin barəsində açılmış cinayət işi üzrə məhkəmədə şahid qismində ifadə verib.

Son xəbərlər