“Mübariz Mənsimov haqqında bildiyim çox şeylər var” - Aslan İsmayılovdan AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
Hüquqşünas Aslan İsmayılov bu günlərdə Türkiyədə FETO ilə bağlılıqda ittiham olunaraq həbs olunan azərbaycanlı iş adamı Mübariz Mənsimovla bağlı ona ünvanlanan suallara münasibət bildirib.
BAKU.WS Unikal.org-a istinadən xəbər verir ki, A.İsmayılov bu barədə “Facebook” hesabında yazıb. O, paylaşımında M.Mənsimovla bağlı bəzi məqamlara aydınlıq gətirib:
“İş adamı Mübariz Mənsimovu müdafiə etmədiyim üçün mənə çoxlu sayda suallar ünvanlayıb israrla onu müdafiə etməyimi tələb edənlər var. Bilməyənlərin nəzərinə çatdırıram ki, M.Mənsimovun Azərbaycanda həyat yoldaşının xəbəri olmadan boşanması ilə bağlı iş üzrə üç ildən artıq həyat yoldaşının vəkili olmuşam. Bu barədə onlarla yazılarım elə bu səhifələrimdə olub. Bu səhifələrdə paylaşdığım sübutlara baxmadan, o cümlədən boşanma işi üzrə məhkəmə olan vaxtlarda həyat yoldaşının Azərbaycan sərhədlərini keçmədiyini təsdiq edən Sərhəd Xidmətinin arayışına rəğmən, M.Mənsimovun hakimiyyətdə olan dayaqlarının səyi nəticəsində qanunsuz məhkəmə qərarları bütün məhkəmə instansiyalarında gücündə saxlandı. Elə buna görə bu barədə danışmağım düzgün olmazdı” - deyə o bildirib.
Oxşar xəbərlər
Mübariz Mənsimovun meneceri də həbs edildi
Palmali Holdinqin İdarə Heyətinin sədri Mübariz Mənsimovla birlikdə şirkətin meneceri Nuray Nurcahan Peker də həbs olunub. Türkiyə mediasının yazdığına görə, on...