Mübahisə etdiyi şəxsi öldürmək istəyən Əlisakitin cəzası niyə azaldıldı?
Yeniliklərdən dərhal xəbərdar olun
Ali Məhkəmədə tanışını öldürməyə cəhddə təqsirləndirilən Nağı Quliyev barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
BAKU.WS Pravda.az-a istinadən xəbər verir ki, hakim Zaur Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub, kassasiya şikayəti qismən təmin edilib, Bakı Apellyasiya Məhkəməsinin hökmü dəyişdirilib.
Onun əməli Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsindən 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif olunub. Nağı Quliyevə bu maddə ilə 4 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
İttihama görə, hadisə 02 iyun 2024-cü il tarixdə, saat təxminən 19-da Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Qazmaçılar küçəsində qeydə alınıb.
Belə ki, sərxoş vəziyyətdə olan Nağı Quliyev aralarında yaranmış mübahisə zamanı tanışı Əlisakit Məmmədova bir neçə bıçaq zərbəsi vurub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nağı Quliyev 4 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan dövlət ittihamçısının verdiyi protesti Bakı Apellyasiya Məhkəməsi təmin edib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ləğv olunaraq, müttəhimə 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunmuşdu.
Oxşar xəbərlər
Məktəbdə yıxılaraq həyatını itirən şagird Salyanda dəfn olundu
Məktəbdə yıxılaraq həyatını itirən şagird dəfn olunub. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, 7-ci sinif şagirdi G.D. Salyan rayonunun Arbatan kənd qəbirist...