Məsciddən 5 min manata yaxın pul oğurlayanlar saxlanılıb

Məsciddən 5 min manata yaxın pul oğurlayanlar saxlanılıb
Hadisə 585
Masallıda məsciddən 5 min manata yaxın pul oğurlayanlar saxlanılıbDaxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, Masallı rayonu Bədəlan kəndinin Aşurlu məhəlləsində yerləşən məsciddən 2300 manat, 1300 ABŞ dolları, 16400 rus rublunun oğurlanması barədə rayon polis şöbəsinə müraciət daxil olub.Masallı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxslər aşkarlanaraq saxlanılıblar.Hadisəni törədənlərin Cəlilabad rayon sakinləri, hər ikisi əvvəllər məhkum olunmuş Əli Zeynalov və Nizami Mahmudov olduqları müəyyən edilib. Saxlanılan şəxslər törətdikləri əməli etiraf edib və oğurladıqları pulun müəyyən hissəsi onlardan maddi sübut kimi götürülüb.Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma davam etdirilir.BAKU.WS
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bakıda bacı-qardaşdan ağlasığmaz cinayət

Bakıda bacı-qardaşdan ağlasığmaz cinayət

Martın 15-də DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə Yasamal rayonu ərazisindəki mənzillərdən birindən oğurluq edilməsi barədə müraciət daxil olub.DİN-in mətbuat xi...

6730 Hadisə 17:14 17 mart 2018

Son xəbərlər