Mövqelərimiz atəşə tutulub
Yeniliklərdən dərhal xəbərdar olun
Dekabrın 29-u axşam saatları və gecə ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca və Qaraiman yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik və Daşkəsən rayonunun Astaf yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.
Bu barədə BAKU.WS-ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Qeyd olunan istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.
Bildiririk ki, baş verən gərginliyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Oxşar xəbərlər
Ordumuzun mövqeləri atəşə tutulub
Dekabrın 14-ü saat 17:50-dən saat 22:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Aşağı Şorca, Yuxarı Şorca, Gorus rayonunun Burun yaşa...