Motosikletlə avtoxuliqanlıq edən sürücü həbs edilib
Yeniliklərdən dərhal xəbərdar olun
Sosial şəbəkələrdə Sumqayıt şəhərində bir motosiklet sürücünün idarə etdiyi nəqliyyat vasitəsi ilə dövlət qeydiyyat nişanları olmadan təhlükəli manevrlər edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozduğuna dair görüntülər yayılıb.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Elbrus İbrahimov BAKU.WS-ə bildirib ki, həmin görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb.
Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə motoxuliqanlıq edərək digər hərəkət iştirakçılarına qəza şəraiti yaradan sürücü Abbasov Kamil Kamal oğlu müəyyən edilərək saxlanılıb.
Onun barəsində inzibati protokol tərtib olunub və məhkəmənin qərarı ilə sürücü K.Abbasov 15 sutka inzibati qaydada həbs edilib.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Problemin həlli Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarətə götürülüb və ərazi aidiyyəti üzrə DYP əməkdaşlarının təşəbbüsü ilə təhlükə aradan qaldırılıb....