Motosiklet qəzasında ölən Ramin zabit imiş
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən gün Xırdalanda motosiklet sürücüsünün ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS "Qafazinfo"ya istinadən xəbər verir ki, 32 yaşlı Ramin Nürəddin oğlu İsayev idarə etdiyi motosikletlə yük avtomobilinə çırpılıb.
Qəza nəticəsində ağır xəsarət alan Ramin İsayev hadisə yerində ölüb.
Qeyd edək ki, R.İsayev zabit olub. İkinci Qarabağ müharibəsi iştirakçısıdır. Baş leytenant rütbəsi ilə xidmət etmiş İsayev Şuşa şəhərinin işğaldan azad edilməsində şücaət göstərən hərbçilərdən biri idi.
Müharibədən sonra "Hərbi xidmətlərə görə", "Şuşanın azad edilməsinə görə" medalları ilə təltif edilib. Mərhumun 1 azyaşlı qızı yadigar qalıb.
Qalereya
Oxşar xəbərlər
Həkimin öldü dediyi körpə morqda 4 saat sağ qalıb
ABŞ-nin Arizona ştatında hovuzda boğulma təhlükəsi keçirən 18 aylıq körpə həkimin səhlənkarlığı nəticəsində ölü elan edilərək morqa aparılıb. Körpənin təxminən...