Moskvada hava limanında saxlanılan Azərbaycan vətəndaşlarının GÖRÜNTÜLƏRİ
Oktyabrın 6-sı Rusiyanın Moskva şəhərindəki Jukovski hava limanında saxlanılan 3 azərbaycanlı şəraitsiz yerdə qalır.
Bu barədə məlumatı saxlanılan şəxslərdən biri olan Mustafayev Qalib Məmməd oğlu BAKU.WS-in "qaynar xətti"nə etdiyi müraciətində bildirib.
Onun sözlərinə görə, otaqda pəcərə və havalandırma yoxdur. Tavandan sallanan naqillər, havasızlıq və antisanitariya vəziyyəti daha da çətinləşdirir.
"Mənimlə birlikdə burada 3 azərbaycanlı var. Qalanlar xarici ölkə vətəndaşlarıdır. 2 gündür bizə sadəcə su verilir".
Xatırladaq ki, bu gün Azərbaycanın Rusiyadakı Səfirliyindən bildirildi ki, Jukovski hava limanında saxlanılan Azərbaycan vətəndaşları səfirliyin nəzarətindədir.
Sözügedən kadrları təqdim edirik:
Oxşar xəbərlər
Sumqayıtda toyda xəsarət alan kişi ÖLDÜ
Sumqayıtda toy mərasimində yıxılaraq xəsarət alan şəxs ölüb. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Sumqayıt şəhərində yerləşən restoranlardan birini...