Moskva hava limanında Azərbaycan vətəndaşları saxlanılıblar - SƏBƏB

Moskva hava limanında Azərbaycan vətəndaşları saxlanılıblar - SƏBƏB
Hadisə 702

Moskvanın Jukovski hava limanında saxlanılan Azərbaycan vətəndaşları ilə bağlı məsələ ölkəmizin Rusiyadakı Səfirliyinin nəzarətindədir.

BAKU.WS APA-ya istinadla xəbər verir ki, bu barədə səfirlikdən məlumat verilib.

Qeyd olunub ki, hazırda konsulluğun əməkdaşları bu məsələnin həlli ilə məşğuldurlar.

Səfirlikdən o da bildirilib ki, Azərbaycan vətəndaşları Rusiya Federasiyasına gəlməmişdən 72 saat öncə müvafiq proqramda qeydiyyatdan keçib icazə almalıdırlar, lakin təəssüflər olsun ki, vətəndaşlarımız buna əməl etmirlər:

"Ona görə də bu problemlərlə qarşılaşırlar. Bir məsələ də var. Belə ki, Jukovski hava limanında həmin şəxsləri bir həftəyə qədər də saxlaya bilərlər.

Çünki orada saxlanılanları Rusiya tərəfi özləri ölkələrinə geri qaytarırlar. Belə ki, Jurkovski hava limanına Azərbaycan təyyarələri uçmur, ancaq Rusiya təyyarələri uçur. Bu reyslər də həftədə iki dəfə: birinci və dördüncü günlər həyata keçirilir.

Ona görə də sabah təyyarədə yer olsa, həmin vətəndaşlarımızı Azərbaycana göndərəcəklər. Yer olmasa, gələn həftənin birinci günü göndəriləcəklər", - deyə həmsöhbətimiz bildirib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - ANBAAN VİDEO

Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - ANBAAN VİDEO

Bakıda kafelərin birində kütləvi dava baş verib. BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, hadisə Xətai rayonu, Əhmədli qəsəbəsində qeydə alınıb. Tərəflər aras...

283 Hadisə 10:05 24 oktyabr 2026

Son xəbərlər