Mobil operatorlardan oğurluq edən şəxslər tutuldu – FOTO

Mobil operatorlardan oğurluq edən şəxslər tutuldu – FOTO
Hadisə 1230

Bakının Nizami rayonu ərazisində “Azərconnet” MMC-yə məxsus baza stansiyalarından hər birinin dəyəri 450 manat olan 12 ədəd akkumlyatorun naməlum şəraitdə oğurlanması barədə 25-ci Polis Şöbəsinə şikayət daxil olub.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib.

Şöbə əməkdaşları tərəfindən isti izlərlə həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində həmin oğurluq hadisəsi törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Xəyal Zeynalov və Rasif Hüseynov saxlanılıblar.

Həyata keçirilən əlavə əməliyyat tədbirləri nəticəsində onların müxtəlif vaxtlarda Qaradağ və Xətai rayonlarında yerləşən mobil operatorlara məxsus stansiyalardan da akkumlyatorlar oğurladıqları məlum olub.

Araşdırma zamanı həmin şəxslərin oğurladıqları əşyaları Nərimanov rayonunda yerləşən əlvan metal qəbulu məntəqələrinə satdıqları müəyyən edilib.

İstintaq zamanı məlum olub ki, R.Hüseynov 3 ilə yaxındır qeyd edilən şirkətlə əməkdaşlıq edir. Bu səbəbdən o, baza stansiyalarının yerini əvvəlcədən bilib. Oğurluq hadisələri zamanı isə akkumlyatorlar X.Zeynalova məxsus yük maşını vasitəsilə daşınaraq satılıb.

Qeyd edilən faktla bağlı 25-ci Polis Şöbəsində toplanan material Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.

BAKU.WS

Oxşar xəbərlər

Bu şəxs mağazadan 45 min manat oğurladı – FOTO

Bu şəxs mağazadan 45 min manat oğurladı – FOTO

Sabunçu rayonunda yerləşən geyim əşyalarının satıldığı mağazalardan birindən içərisində 45116 manat olan seyf naməlum şəraitdə oğurlanıb. Bu barədə obyekt sahib...

1614 Hadisə 18:57 27 sentyabr 2018

Son xəbərlər