Şəmkirdə ər arvadına baltalayıb

Şəmkirdə ər arvadına baltalayıb
Hadisə 921
Şəmkirdə ər həyat yoldaşını baltalayıb.BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Seyfəli kəndində qeydə alınıb.Kənd sakini, 1988-ci il təvəllüdlü Əliyev Ələkbər Müzəffər oğlu balta ilə həyat yoldaşı, 2000-ci il təvəllüdlü Mehdixanova Nərmin Famil qızının baş nahiyəsinə bir neçə zərbə endirərək, ona ağır xəsarət yetirib. Qadın xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.Ələkbər Əliyev isə həyat yoldaşına baltayla xəsarət yetirdikdən sonra özünü asıb. Onun meyiti yaşadıqları evin həyətindəki xurma ağacından asılı vəziyyətə tapılıb.İlkin məlumatlara görə, N.Mehdixanova ilə Ə. Əliyev yeni ailə qurublar. Hadisənin başvermə səbəbi hələ məlum deyil.Faktla bağlı Şəmkir rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.BAKU.WS

Oxşar xəbərlər

Oğul ata-anasını baltaladı - TƏFƏRRÜAT

Oğul ata-anasını baltaladı - TƏFƏRRÜAT

Daşkəsəndə həbsdən çıxan oğul ata və anasını baltalayıb.BAKU.WSreport-a istinadən xəbər verir ki, rayonun Qabaqtəpə kəndində yaşayan 1944-cü il təvəllüdlü İlyas...

1266 Hadisə 13:45 14 sentyabr 2018

Son xəbərlər