İmişlidə ər arvadını öldürməyə cəhd edib

İmişlidə ər arvadını öldürməyə cəhd edib
Hadisə 40

İyulun 21-i saat 06 radələrində İmişli rayon sakini Günel Abdullayevanın xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.

Prokurorluqdan BAKU.WS-ə verilən məlumata görə aparılmış araşdırmalarla zərərçəkmişin əri, 1983-cü il təvəllüdlü Xanoğlan Quliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla xəsarətlər yetirərək Günel Abdullayevanı qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Faktla bağlı İmişli rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanmışdır.

Xanoğlan Quliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.

İş üzrə istintaq davam edir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər