İmişlidə 22 yaşlı oğlan bacısının ərini bıçaqladı
Yeniliklərdən dərhal xəbərdar olun
İmişli rayonunda bıçaqlanma hadisəsi baş verib.
BAKU.WS trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Yuxarı Qaralar kəndində qeydə alınıb.
Şəhər sakini, 1998-ci il təvəllüdlü Ələkbərli Əli Bakir oğlu yeznəsi 1990-cı il təvəllüdlü Məmmədov Cavid Ayət oğlu ilə mübahisə edib.
Mübahisə C.Məmmədovun mütəmadi olaraq arvadını döyməsi üstündə baş verib. Bacısının döyüldüyünə görə Ə.Ələkbərli C.Məmmədovu evində bıçaqlayıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Hadisəni törətməkdə şübhəli bilinən Ə.Ələkbərli tutulub. Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsilə cinayət işi başlayıb.
Oxşar xəbərlər
Ötən il cinayət törətmiş qadınların sayı açıqlanıb
2019-cu il ərzində ölkədə 26672 cinayət faktı qeydə alınıb ki, bu da 2018-ci ilin göstəricisindən 1,1 faiz çoxdur. Əhalinin hər 100 min nəfərinə hesabı ilə qeyd...