İmişlidə 10 yaşlı uşaq kanala düşüb, axtarış aparılır - VİDEO
Fövqəladə Hallar Nazirliyinin dalğıcları su kanalında batması ehtimal olunan uşağın axtarışlarını davam etdirir.
BAKU.WS Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, “112” qaynar telefon xəttinə Boztəpə kanalının İmişli rayonunun Qaragüvəndikli kəndi ərazisindən keçən hissəsində 1 nəfər azyaşlının batması barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunaraq axtarış-xilasetmə əməliyyatına başlanılıb.
Hazırda dalğıc-xilasedicilər tərəfindən kanalda batması ehtimal edilən 2013-cü il təvəllüdlü Xankişiyev Rasim Vasif oğlunun axtarışları davam etdirilir.
Oxşar xəbərlər
Siyəzəndə dənizdə batanlardan daha birinin meyiti tapılıb - YENİLƏNİB
Siyəzəndə dənizdə boğulan 3 yeniyetmədən daha birinin meyiti tapılıb. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Siyəzən rayonu Zarat kənd sakini Mehdi Elgün oğlu...