Mingəçevirdə dörd yaşlı uşaq xəstəxanada ölüb
Yeniliklərdən dərhal xəbərdar olun
Mingəçevirdə 4 yaşlı qız xəstəxanada ölüb.
Mingəçevir şəhər Prokurorluğundan BAKU.WS-ə sorğusuna cavab olaraq bildirilib ki, avqustun 16-da şəhər sakini 2017-ci il təvəllüdlü Mehdiyeva Ruqiyyə Orxan qızının nəfəs çatışmazlığı nəticəsində Mingəçevir şəhər xəstəxanasında ölməsi barədə daxil olmuş məlumat əsasında prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə meyitə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Meyitin xarici müayinəsi zamanı mərhumun bədəni üzərində hər hansı zorakılıq əlamətləri aşkar edilməyib. Ruqiyyə Mehdiyevanın ölümünün səbəbini dəqiqləşdirmək məqsədilə məhkəmə-tibb ekspertizası təyin edilib.
Qeyd olunub ki, araşdırmanın tam, hərtərəfli və obyektiv aparılması təmin edilməklə nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Oxşar xəbərlər
Baş Prokurorluq Kənan Musayevin ölümü ilə bağlı məlumat yayıb
19 iyun 2019-cu il tarixdə saat 21 radələrində Kəlbəcər rayonundan məcburi köçkün Kənan Musayevin Abşeron rayonu, Mehdiabad qəsəbəsində yaşadığı mənzilin açıq e...