Yevlax və Mingəçevirdə su basmış ərazilərdə təhlükəsizlik tədbirləri görülür - YENİLƏNİB - VİDEO

Məlumat verildiyi kimi, intensiv yağışlar nəticəsində Yevlax və Mingəçevir şəhərlərində su basmış ərazilərdə ötən gündən başlayaraq Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən suçəkmə, köməksiz vəziyyətdə qalan insanların təxliyəsi və digər müvafiq təhlükəsizlik tədbirlərinin görülməsinə başlanılıb.
Nazirliyin qüvvələri tərəfindən fasiləsiz olaraq həyata keçirilmiş tədbirlər sayəsində göstərilən istiqamətlərdə bir çox yerlərdə suyun çəkilərək kənarlaşdırılmasına nail olunub. Hazırda bəzi ünvanlarda suçəkmə işləri davam etdirilir.
Həmçinin, güclü yağıntılar səbəbindən Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən Nohur gölünün daşma riski nəzərə alınaraq hazırda Nazirliyin Şimal-qərb Regional Mərkəzinin qüvvələri tərəfindən göldə suyun səviyyəsinin endirilməsi və digər müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilir.
***11:17
Mingəçevirdə ötən gün yağan intensiv yağışlar şəhərin avtomobil yollarından birində ciddi problemlər yaradıb.
BAKU.WS xəbər verir ki, bu barədə sosial şəbəkədə görüntülər yayılıb.
Yağış sularının toplanması nəticəsində yolun müəyyən hissələri su altında qalıb və gölməçə əmələ gəlib.
Nəticədə sürücülər üçün hərəkət çətinləşib. Yolun su ilə dolu olması, həmçinin piyadalar üçün də təhlükə yaradıb. Sürücülər məcburən sürətlərini azaltmaq və diqqətlə hərəkət etmək məcburiyyətində qalıblar.
Oxşar xəbərlər
Nohur gölündə suyun səviyyəsi təhlükəli həddə çatıb - VİDEO
Qəbələ rayonunun Nohurqışlaq kəndi ərazisindəki Nohur gölündə suyun səviyyəsinin artması nəticəsində ətraf ərazilər üçün təhlükəli vəziyyət yaranıb. Bu barədə F...
