Mingəçevir şəhər sakini güllələnib
Yeniliklərdən dərhal xəbərdar olun
Oktyabrın 4-ü gecə saatlarında Mingəçevir şəhər sakini, 1972-ci il təvəllüdlü Məhərrəmov Mübariz Məhərrəm oğlunun odlu silahdan açılan atəş nəticəsində xəsarət alması və xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, ilkin araşdırma zamanı M.Məhərrəmova ov tüfəngindən atəş açaraq xəsarət yetirməkdə şübhəli bilinən şəxsin zərərçəkmişin qonşusu, 1984-cü il təvəllüdlü Mehnətov Pərvin Qurbanəli oğlu olduğu müəyyən edilib.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə P. Mehnətov şübhəli şəxs qismində saxlanılıb və ondan cinayətdə istifadə etdiyi odlu silah götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Bakıda biznesmeni maşınında GÜLLƏLƏDİ: Rəşad Dağlının dostunun CİNAYƏT İŞİ
Kliniki Tibbi Mərkəzdən 28-ci Polis Bölməsinə məlumat verilib ki, güllə yarası alanların ikisinin də həyatları xilas edilib. Faktla bağlı Yasamal rayon prokuror...