Mingəçevirdə bədbəxt hadisə: Marketdə alış-veriş edən şəxs qəfil öldü
08
fev
2026
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Mingəçevirdə marketdə ölüm hadisəsi baş verib.
BAKU.WS "Teleqraf"a istinadən xəbər verir ki, hadisə 20 Yanvar küçəsində yerləşən "Qədiroğlu" marketlər şəbəkəsinə məxsus mağazada qeydə alınıb.
Alış-veriş etmək üçün marketə gələn 1953-cü il təvəllüdlü Mingəçevir şəhər sakini Mikayıl Məmmədovun halı qəfil pisləşib və o, yerə yıxılıb. Hadisə yerinə çağırılan həkimlər tərəfindən aparılan ilkin müayinə zamanı kişinin ürək çatışmazlığından vəfat etdiyi müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
İzmirdəki zavodda partlayışda ölənlərin sayı 10-a çatıb
Türkiyənin İzmir vilayətinin Aliağa rayonunda yerləşən HABAŞ Dəmir-Polad Zavodunda partlayışda ölənlərin sayı 10-a çatıb. BAKU.WS "Report"a istinadən xəbər veri...