Mingəçevirdə avtomobildə başlanan yanğın evə sıçrayıb
Yeniliklərdən dərhal xəbərdar olun
Mingəçevir şəhərində minik avtomobilində başlanan yanğın fərdi yaşayış evinə sıçrayıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə Mingəçevir Tərəvəzçilik yaşayış massivi, Bahar küçəsi 17 ünvanında qeydə alınıb.
Ev sahibəsi Qənirə Kərimova bildirib ki, əvvəlcə həyətdə olan "Opel" markalı avtomobil yanıb. Daha sonra alov 3 otaqlı evə keçib. Yanğında ev əşyaları da yanıb.
Hadisə zamanı qadın qızı və nəvələri ilə evdə olublar. Ailə pəncərələrdən çıxaraq xilas olub.
Yanğın hadisəsində yaralanan olmayıb. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddətdə...