Mingəçevirdə ağır qəzada yaralananların kimliyi bilindi
Yeniliklərdən dərhal xəbərdar olun
Mingəçevirdə baş verən yol-nəqliyyat hadisəsində xəsarət alan şəxslərin kimliyi müəyyənləşib.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, hadisə martın 23-də saat 23-də Mingəçevir şəhərində 1992-ci il təvəllüdlü Nurlan Çingiz oğlu Fərəcovun idarə etdiyi 99-RG-640 dövlət nömrə nişanlı "Nissan" markalı avtomobillə 1988-ci il təvəllüdlü Ruhani İkram oğlu Cəfərovun idarə etdiyi 77-BD-802 dövlət nömrə nişanlı "Opel" markalı avtomobilin toqquşması nəticəsində baş verib.
Hadisə nəticəsində "Opel"in sürücüsüz R.Cəfərov, sərnişinləri - 1989-cu il təvəllüdlü Rəvanə Həmid qızı Cəfərova, 1966-cı il təvəllüdlü Təranə Vəkil qızı Mütəllimova və 1950-ci il təvəllüdlü Sevil Hüseyn qızı Əsədova xəsarət alıblar. Yaralılar xəstəxanaya çatdırılıblar.
Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı ərazi üzrə polis orqanında istintaq araşdırmaları aparılır.
Oxşar xəbərlər
Şəmkirdə ölüm hadisəsi baş verib
Şəmkir rayonunun Zəyəm qəsəbəsində ölüm hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, 1959-cu il təvəllüdlü Azad Mahmudov bıçaq yarası ilə xə...