Mikroavtobus qəzasında yaralanan 7 nəfər Kliniki Tibbi Mərkəzə gətirilib

28
may
2022
21:53
Bakı-Ələt yolunun 54-cü km-də baş verən avtomobil qəzası nəticəsində yaralanan 7 nəfər Kliniki Tibbi Mərkəzə (KTM) gətirilib.
BAKU.WS-in KTM-ə istinadla xəbərinə görə, yaralılardan 6-sı qadın, 1-i kişi olub.
Gətirilən yaralıların hər birinə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.
Yaralıların verdiyi məlumata görə, hadisə mikroavtobusun aşması nəticəsində baş verib.
Qeyd edək ki, xəsarət alanlar qohum olub və Bakıya toya gələrkən qəzaya düşüblər.
Oxşar xəbərlər
Bakı-Ələt yolunda qəza olub, 8 nəfər xəsarət alıb
Bu gün səhər saatlarında Bakı-Ələt yolunda bir-birinin ardınca müxtəlif ərazilərdə iki ağır avtomobil qəzası baş verib. Kliniki Tibbi Mərkəzin (KTM) Mətbuat xid...