Bakı-Ələt yolunda ağır yol qəzası: çoxlu sayda yaralılar var - YENİLƏNİB

Bakı-Ələt yolunun 61-ci kilometrliyində avtobusla minik maşının toqquşması nəticəsində Kliniki Tibbi Mərkəzə 9 nəfər gətirilib.
BAKU.WS-ə Kliniki Tibbi Mərkəzdən verilən məlumata görə, qəzada xəsarət alanların siyahısı belədir:
1. 2008-ci il təvəllüdlü Əliyeva Nigar
2. 1988-ci il təvəllüdlü Əliyeva Samirə
3. 2010-cu il təvəllüdlü Əlili Əli
4. 1960-cı il təvəllüdlü Qəhrəmanova Akif
5. 1968-ci il təvəllüdlü Ağabəyova Gülzar
6. 1961-ci il təvəllüdlü Məmmədova Təranə
7. 1994-cü il təvəllüdlü Mərdarov Zabit
8. 1998-ci il təvəllüdlü Ağabəyova Əfsanə
9. 1971-ci il təvəllüdlü Əliyev Xaliq
Xəstələrdən 3 nəfər reanimasiyadadır. 1 nəfər neyrotravma, 1 nəfər travma şöbəsinə yerləşdirilib. Digərlərinə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.
***23:52
Bakı-Ələt yolunda ağır avtomobil qəzası baş verib.
BAKU.WS xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzin İctimaiyyətlə əlaqələr bölməsinin müdiri Elnur Hidayətoğlu bildirib.
Məlumata görə, avtobusla minik avtomobilinin toqquşması nəticəsində çoxsaylı yaralılar var.
"Bu saatlara kimi Kliniki Tibbi Mərkəzə 7 nəfər gətirilib. Daha iki nəfərin də gələcəyi bildirilir. Onların arasında azyaşlı olmaqla çox ağır vəziyyətdə olan yaralılar var", - Mərkəz rəsmisi qeyd edib.
Oxşar xəbərlər
Əri Rusiyada olan qadın tanış olduğu kişi ilə saunada görüşdü - Döyüldü və zorlandı
Bakıda 1989-cu il təvəllüdlü Aqşin Ağayev sosial şəbəkədə tanış olduğu qıza qarşı seksual xarakterli hərəkətlər edib. BAKU.WS “teleqraf.com”a istinadən xəbər ve...
