MİDA-dan ipoteka ilə ev almaq istəyirdi, başına OYUN GƏLDİ

Sumqayıtda dələduzluq edən şəxsə cinayət işi açılıb.
BAKU.WS lent.az-a istinadən xəbər verir ki, Mənzil İnşaatı Dövlət Agentliyinin güzəştli şərtlərlə sosial evlər layihəsindən ipoteka ilə ev almaq istəyən şəhər sakini E. Süleymanov dələduzluqla üzləşib.
Belə ki, Sumqayıt şəhər sakini O. Abasov E. Süleymanova MİDA-nın həyata keçirdiyi layihə çərçivəsində inşa olunan binalardan birində 4 otaqlı evi ipoteka ilə almağa kömək edəcəyini söz verib. Bu məqsədlə ondan ümumilikdə 7460 manat pul alıb. Həmin pullar O. Abasova müxtəlif məbləğlərlə ayrı-ayrı yerlərdə verilib. Hadisələr isə 2023-cü ilin aprelindən noyabradək davam edib.
Lakin sonda aldadıldığını başa düşən Süleymanov hüquq-mühafizə orqanlarına üz tutub. Nəticədə O. Abasov saxlanılaraq, məsuliyyətə cəlb olunub. Onun barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq, xeyli miqdarda törədildikdə) maddəsilə cinayət işi açılıb.
Hazırda cinayət işi üzrə ibtidai istintaq başa çatıb və Sumqayıt şəhər Məhkəməsinə göndərilib. Məhkəmə araşdırmaları davam edir.
Oxşar xəbərlər
Bakı Ağır Cinayətlər Məhkəməsi Qədim Ədilovun dələduzluq işinə baxacaq
Bakı Ağır Cinayətlər Məhkəməsində Qədim Ədilovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. BAKU.WS Musavat.com-a istinadən xəbər verir ki, hakim Vüqar Seyidov...
