MİDA-dan ev alacağını vəd edib tanışlarından 8 min manat alan şəxs cəzalandırılıb

MİDA-dan ev alacağını vəd edib tanışlarından 8 min manat alan şəxs cəzalandırılıb
Hadisə 97

Bakıda tanışını aldadaraq 8 min manat alan şəxs cinayət məsuliyyətinə cəlb edilib.

BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, polisə müraciət edən Elcan adlı şəxs tanışı Fəridin ona MİDA-nın Hövsan kompleksində güzəştli şərtlərlə ev alacağına söz verərək xeyli pul aldığını bildirib.

Aparılan araşdırmalarla vəsaitin Abşeron rayonu ərazisində verilməsi məlum olub. Faktla bağlı Fərid Əliyev barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (Xeyli miqdarda dələduzluq) maddəsi ilə iş başlanılıb.

Bildirilib ki, Fərid taksi sürücüsü olub. O, Bəhram və Elcan adlı tanışlarına atasının MİDA-da briqadir işlədiyini və gördükləri işin qarşılığında onlara evlərin verildiyini yalandan deyib. Bu yolla həmin şəxslərdən xeyli pul alıb.

Lakin sonradan məlum olub ki, Fəridin atası hər hansı tikintidə və ya tikinti şirkətində işləmir. Cinayət işinin başlanmasından sonra Fərid həbs edilib. O, həbsdə olduğu müddətdə Bəhramdan aldığı pulları geri qaytarıb.

Məhkəmədə Fərid Əliyev Elcandan aldığı pulları da geri qaytaracağını bildirib və vaxt istəyib.

Abşeron Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsə 2 il azadlığın məhdudlaşdırılması cəzası verilib. Onun üzərinə elektron qolbaq yerləşdirilib və həbsdən buraxılıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Azərbaycanda ağır qəza - Ölən və yaralananlar var

Azərbaycanda ağır qəza - Ölən və yaralananlar var

Lənkəranda TIR mikroavtobus ilə toqquşub, ölən və yaralananlar var. BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistralının 155-ci kilometr...

158 Hadisə 23:27 16 sentyabr 2026

Son xəbərlər