Məhkəmədə işgəncəyə məruz qalan Nuraydan son xəbər (VİDEO)

Məhkəmədə işgəncəyə məruz qalan Nuraydan son xəbər (VİDEO)
Video
Hadisə 20599

10 yaşlı Nuray hal-hazırda xalasındadır.

"Uşaq psixoloji sarsıntı keçirib, evə zəng gəldi, qapı döyüldü Nuray qorxur." Bunu İstiPress-ə 10 yaşlı Nuray Bayramzadənin xalası Mehriban xanım deyib.

"Məktəbə tək getməyə qorxur. Dərsdə onunla bir partada otururam. Hər bir şeydən qorxur. Atası tərəfindən bizə təzyiqlər dayanmayıb. Bu boyda biabırçılıqdan sonra bizi yenə yanvarın doqquzu Bakıda baş idarəyə  çağırıblar Nurəddin müəllimin yanına".

Uşağın xalası bildirib ki,məhkəmə otağından süründürülərək çıxarıldaqdan sonra  Nuray atasından qaça bilib.  "Atası onu zorla əlimdən alandan sonra Nuray çöldə əlindən qurtulub qaça bilib. Daha sonra polisə şikayət edib. Bizi süründürüb oralarda. Amma Allaha şükür olsun ki, uşaq bizdə qalıb".

Xalasının sözlərinə görə, Nurayı atası ilk dəfə məhkəmədə görüb. "10 ildə bir dəfə olsun qızını axtarmayıb. O,qızının yetimlik müavinətini almaq üçün bu qədər özündən çıxır. Onun gözü təxminən 200 manatdadır".

Mehriban xanım qeyd edib ki, Nurayın anası 2009-cu ildə xərçəng xəstəliyindən dünyasını dəyişib. Anasının ölümündən 1 il əvvəl isə cütlük rəsmən boşanıb.

Qeyd edək ki, sosial şəbəkədə yayılan ürək parçalıyan video 2016-cı ilin dekabrın 7-də lentə alınıb. 

BAKU.WS

Son xəbərlər