Meyitinin qalıqları 30 il sonra Xocavənddə tapılan Əhməd Babaşovla vida mərasimi keçirilir - FOTO
Birinci Qarabağ müharibəsi zamanı Füzuli rayonunun Kürdmahmudlu kəndində itkin düşən və 30 ildən sonra meyitinin qalıqları Xocavənd rayonunun Edilli kəndində tapılan Babaşov Əhməd Tahir oğlunun nəşi dəfn edilməsi üçün Biləsuvar rayonunun Bağbanlar kəndinə gətirilib.
BAKU.WS Report-a istinadən xəbər verir ki, hazırda şəhidlə doğulduğu evdə vida mərasimi keçirilir. Mərasimdə rayon rəsmiləri, şəhidin yaxınları və ictimaiyyət nümayəndələri iştirak edir.
Şəhidin nəşi kənd qəbiristanlığında dəfn olunacaq.
Qeyd edək ki, Ə.Babaşov 1974-cü il noyabrın 1-də Biləsuvar rayonunun Bağbanlar kəndində anadan olub. 1993-cü il avqustun 31-də Füzulinin Kürdmahmudlu kəndi uğrunda gedən döyüşlər zamanı itkin düşüb.
Xocavəndin Edilli kəndi düşmən işğalından azad edildikdən sonra kütləvi məzarlıq aşkarlanıb. Ekspertiza zamanı meyit qalıqlarından birinin Ə.Babaşova məxsus olduğu təsdiqlənib.
Qalereya
Oxşar xəbərlər
30 il sonra Xocavənddə meyitinin qalıqları tapılan şəxslə vida mərasimi keçirilib - YENİLƏNİB - FOTO
Birinci Qarabağ müharibəsi zamanı Füzuli rayonunun Murquzlu dağının Üçtəpə yüksəkliyi ərazisində itkin düşən və 30 ildən sonra meyitinin qalıqları Xocavənd rayo...