Meyiti meşədən tapılan sabiq bələdiyyə sədrinin qətli ilə bağlı cinayət işi başlanılıb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Astarada meşəlik ərazidə kişi meyitinin aşkar olunması faktı ilə bağlı cinayət işi başlanılıb.
Bu barədə BAKU.WS-ə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, mayın 3-ü rayonun meşəlik ərazisində Astara rayon sakini, 1969-cu il təvəllüdlü Eynəli Əzizlinin meyitinin aşkar olunması barədə rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırma zamanı meyitin üzərində kəsici-deşici alətlə yetirilməyə xarakterik xəsarət izləri müəyyən edilib.
Faktla bağlı Astara Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Qeyd edək ki, Astarada qətlə yetirilən şəxs müəllim və sabiq bələdiyyə sədri imiş.
Qalereya
Oxşar xəbərlər
Çürümüş meyiti tapılan şəxs 24 gün əvvəl öldürülübmüş
Bakıda meyiti tapılan şəxsin 24 gün əvvəl öldürüldüyü məlum olub. Bu barədə BAKU.WS-ə Nərimanov Rayon Prokurorluğundan məlumat verilib. Bildirilib ki, prokurorl...