"Metropark"ın qarşısında avtomobil qadın piyadanı vurub
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS xəbər verir ki, hadisə Təbriz küçəsində "Metropark" Ticarət Mərkəzinin qarşısında baş verib.
"Honda" markalı avtomobil yolu keçən piyadanı vurub.
Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-a bildirilib ki, oktyabrın 14-ü, saat 12:00-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nərimanov rayonu ərazisindən yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış daxil olub.
"Dərhal təcili tibbi yardım briqadası çağırış ünvanına cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 29 yaşlı (qadın) şəxsə ilkin tibbi xidmət göstərilib və müştərək travma diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub", - deyə məlumatda bildirilir.
Oxşar xəbərlər
Həkimin öldü dediyi körpə morqda 4 saat sağ qalıb
ABŞ-nin Arizona ştatında hovuzda boğulma təhlükəsi keçirən 18 aylıq körpə həkimin səhlənkarlığı nəticəsində ölü elan edilərək morqa aparılıb. Körpənin təxminən...