Mətbəxi təmizləməyə görə iki nəfəri bıçaqladı: Qanlı hadisənin TƏFƏRRÜATI
Yeniliklərdən dərhal xəbərdar olun
Paytaxtın Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib.
BAKU.WS Baku TV-yə istinadən məlumat verir ki, hadisə rayonun Bəhruz Nuriyev küçəsində yerləşən binalardan birində qeydə alınıb.
Məlumata görə, Rahib İsmayılov eyni evdə kirayədə yaşadığı Kamal Bayramov və Sahil Dövlətovla mübahisə edib. Bir müddət sonra mübahisənin bitməsinə baxmayaraq, R.İsmayılov həmin şəxslərə yatdıqları yerdə bıçaqla çoxsaylı xəsarətlər yetirib.
"Hadisə gecə saatlarında olub. Təxminən 4-ə qalmış mühafizəçi zəng edib dedi ki, bıçaqlanma hadisəsi baş verib.
Eşitdiyimə görə, mübahisə qab yumaq üstündə düşüb. Polis əməkdaşlarından öyrəndim ki, həmin şəxs əvvəllər də bıçaqlanma hadisəsinə görə 7 il həbsdə olublar", - deyə binanın komendantı Nemət Babayev deyib.
Hər iki yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Cinayəti törətməkdə şübhəli bilinən R.İsmayılov isə polis əməkdaşları tərəfindən saxlanılıb.
Ətraflı süjetdə:
Oxşar xəbərlər
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib
İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Çin Xalq Respublikasında (ÇXR) müəyyən edilən daha bir şəxsin okty...