İlisuda Ramramay şəlaləsinə giriş niyə ödənişlidir? - RƏSMİ CAVAB
Azərbaycan Respublikasının Prezidentinin 14 iyul 2025-ci il tarixli Sərəncamı ilə İlisu Milli Parkı yaradılıb və Ramramay şəlaləsi həmin milli parkın mühafizə olunan ərazisinə daxil edilib. Şəlalənin yerləşdiyi əraziyə giriş ölkə üzrə milli parklar üçün müəyyən edilmiş ümumi qanunvericilik və bilet qaydaları əsasında tənzimlənir.
Bu barədə BAKU.WS-ə Qax rayon İcra Hakimiyyətindən məlumat verilib.
Qeyd olunub ki, bilet satışından daxil olan vəsait təbiət ərazilərinin qorunmasına, biomüxtəlifliyin mühafizəsinə və ekoturizm infrastrukturunun inkişafına sərf olunur.
***2026-08-06 saat 16:29
Qax rayonunun İlisu qəsəbəsi yaxınlığında məşhur Ramramay (İlisu) şəlaləsinə gedən yolda hərəkət məhdudlaşdırılıb.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, buna dair görüntülər sosial mediada yayılıb.
Bildirilib ki, bir qrup şəxs şəlalənin yaxınlığında tikili inşa edib və yola şlaqbaum qoyublar. Onların şəlaləni ziyarət etmək istəyən şəxslərdən ödəniş tələb etdiyi iddia edilib.
Ərazidən çəkilmiş görüntüləri təqdim edirik:
Oxşar xəbərlər
Vəkil Elşad Məmmədov HƏBS EDİLDİ
Abşeron Vəkil Bürosunun vəkili Elşad Məmmədov həbs edilib. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, o, dələduzluqda ittiham olunur. Vəkil vətəndaş şikayətləri...