Məşhur müğənni qəzaya düşən VƏKİL QOHUMUNDAN DANIŞDI

Müğənni Cavad Rəcəbov qəzaya düşən vəkil qohumundan danışıb.
Bu barədə BAKU.WS-ə açıqlama verən sənətçi bildirib ki, yeznəsi, vəkil Elçin Ağayevin səhhəti hazırda yaxşıdır:
"Qohumum xəstəxanaya yerləşdirilib. Hazırda müalicəsi davam etdirilir. Həkimlər ciddi bir narahatçılığı olmadığını deyirlər. Vəziyyəti yaxşı olacaq".
Xatırladaq ki, xəsarət alan Elçin Ağayev Lənkəranda tanınmış vəkildir, eləcə də məşhur müğənni Cavad Rəcəbovun yeznəsidir.
*** 15:50
Lənkəran rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə şəhərin "Kiçik Bazar" ərazisində qeydə alınıb.
Belə ki, Lənkəran rayon sakini, 1973-cü il təvəllüdlü Elçin Misir oğlu Ağayev idarə etdiyi "Land Rover" markalı maşınla KIA markalı minik avtomobil toqquşub. Qəza nəticəsində hər iki sürücü xəsarət alıb. E.Ağayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə çatdırılıb.
Qeyd edək ki, xəsarət alan Elçin Ağayev Lənkəranda tanınmış vəkildir, eləcə də məşhur müğənni Cavad Rəcəbovun yeznəsidir.
Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər
Tanınmış həkim qəzaya düşüb
Sentyabrın 7-də saat 16:30-da Bakı-Qazax avtomobil yolunun 312-ci kilometrində, Goranboy rayonu ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb. BAKU.WS "Teleqra...
