Məşhur broyler şirkəti külli miqdarda borca düşdü, rəhbəri dəyişdi

"Səba" ASC-nin nizamnamə kapitalı azaldılıb və qanuni təmsilçisi dəyişib.
BAKU.WS İqtisadiyyat.az-a istinadən xəbər verir ki, şirkət nizamnamə kapitalını 4.8 milyon manatdan 3.6 milyon manata endirib.
Beləliklə, son aylar ərzində "Səba"nın nizamnamə kapitalından 1.2 milyon manata yaxın vəsait geri götürülüb.
Eyni zamanda, ASC-nin qanuni təmsilçisi Elçin Akif oğlu Mehdiyev vəzifəsindən azad edilib və onun yerinə Vüqar Samir oğlu Baloğlanov təyin olunub.
Məlumat üçün bildirək ki, "Səba"nın dövlət qarşısında külli miqdarda vergi borcu da yaranıb və hazırda bu borcun miqdarı 432 268.60 manat təşkil edir.
Bu günlərdə "Səba" iyunun 30-u üçün səhmdarlarının növbəti ümumi yığıncağını çağırıb. Ümumi yığıncağın gündəliyinə bir sıra məsələlər daxil edilib. Bunlar "Səba"nın ötən il üçün illik maliyyə hesabatlarının müzakirəsi və təsdiqi, "Səba"nın təsisçiliyi ilə yaradılmış törəmə cəmiyyətlərin nizamnamə kapitalındakı payların və həmin törəmə cəmiyyətlərin təsisçiliyi ilə yaradılmış hüquqi şəxslərin nizamnamə kapitalındakı payların satılması, həmin hüquqi şəxslər olan cəmiyyətlərin əmlaklarının əsas vəsaitlərinin və digər aktivlərinin satılması məsələləridir.
Xatırladaq ki, "Səba" 1997-ci ildə dövlət qeydiyyatına alınıb.
Oxşar xəbərlər
Dənizdə boğulduğu ehtimal edilən skripkaçı 7 ay sonra SAĞ TAPILDI
Ötən ilin oktyabrından Bakıda itkin düşmüş şəxs kimi axtarılan Kənan Qurbanlı tapılıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən BAKU.WS-ə bildirilib...
