Məşhurlar Dədə Süleymanı ZİYARƏT ETDİLƏR: "VƏZİYYƏTİ KRİTİKDİR" - FOTO/VİDEO

83 yaşlı Əməkdar artist Dədə Süleyman (Süleyman Abdullayevin) səhhəti ağırlaşıb.
BAKU.WS xəbər verir ki, uzun müddətdir evdə müalicə olunan sənətçi artıq xəstəxanaya yerləşdiriləcək.
Yerli sənət aləmindəki bir çox məşhur onu bu ağır günlərində tək qoymayıblar. Aparıcı Hacı Nuran Hüseynov, Xalq artistləri Ağadadaş Ağayev, Mənsum İbrahimov, müğənni Manaf Ağayev Dədə Süleymanı ziyarət ediblər.
Onlar artıq sənətçinin vəziyyətinin kritik həddə olduğunu, bu səbəbdən də müalicəsinin xəstəxanada davam etdiriləcəyini vurğulayıblar.
Xatırladaq ki, bir neçə gün əvvəl Dədə Süleymanın qızı Aygün Abdullayeva "Günün sədası" verilişinə müsahibəsi zamanı 83 yaşlı atasının ayaq barmaqlarının amputasiya olunduğunu bildirib.
Ətraflı videoda:
Qalereya

Oxşar xəbərlər
54 gün erməni mühasirəsində qalmış 19 nəfərin izi ilə… - VİDEO - REPORTAJ
Araz axar lil ilə, Dəstə-dəstə gül ilə, Mən yarımı sevirəm Şirin-şirin dil ilə. Ay Laçın, can Laçın, Mən sənə qurban Laçın... Bu xalq mahnısını sakitcə, öz-özüm...