Məşhur terrorçu həbsxanada öldü
Yeniliklərdən dərhal xəbərdar olun
Peruda “Sendero Luminoso” solçu radikal terror təşkilatının qurucusu Abimael Qusman bu gün həbsxanada ölüb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin penitensiar xidmətinin mətbuat xidməti məlumat yayıb.
86 yaşlı A.Qusman, yerli vaxtla, təxminən 06:40-da “Callao” Donanmasının bazası ərazisində yerləşən ciddi rejimli həbsxanada dünyasını dəyişib.
Qeyd edək ki, Qusman 1992-ci ilin sentyabrında tutulub və ömürlük həbs cəzasına məhkum edilib.
1980-ci ildən bəri “Sendero Luminoso” təşkilatının Peruda törətdiyi terror aktları nəticəsində 60 mindən çox insan ölüb. Ölkəyə vurulan maddi ziyanın 25 milyard dollar olduğu təxmin edilir. Qusmanın həbsindən sonra qrup nüfuzunu itirməyə başlayıb, lakin son illərdə ekstremistlərin kiçik qrupları Peru ordusuna və hüquq-mühafizə orqanlarına hücumlarını davam etdirir.
Oxşar xəbərlər
Həbsdəki icra başçılarının sayı 6-ya çatdı...
Azərbaycan son illərdə hökumət strukturunda ciddi və əsaslı kadr islahatları aparılır. Bunlar həm nazirlik, nazirlər və icra başçıları səviyyəsində zaman-zaman...