"Mərdəkanli Amin"in qardaşı oğluna hökm oxunub
Qanunsuz silah gəzdiməkdə təqsirləndirilən "Mərdəkanli Amin"in qohumu Cavid Xudaverdiyevin cinayət işi üzrə məhkəmənin yekun iclası keçirilib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən iclasda hökm oxunaraq Cavid Xudaverdiyev 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, kriminal aləmdə "Amin Mərdəkanski", "Amin Maştağalı" və "killer Amin" kimi tanınan Amin Xudaverdiyevin qardaşı oğlu Cavid Xudaverdiyev Cinayət Məcəlləsinin 228.1. (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və ya gəzdirmə) və 234.4.3 (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma - külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunub.
Xatırladaq ki, ötən il avqustun 7-də isə Xəzər rayonunun Mərdəkan qəsəbəsində 1972-ci il təvəllüdlü Amin Cabir oğlu Xudaverdiyevin ov tüfəngi ilə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. Cinayət əməlini törətməkdə şübhəli bilinən 1993-cü il təvəllüdlü Ruhulla Cavanşir oğlu Abdullazadə polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il müddətinə azadlıqdan məhrum edilib.
Amin Xudaverdiyev "Rövşən Lənkəranski"nin tərəfdarı kimi tanınıb.
Oxşar xəbərlər
Sosial şəbəkələrdə işə qəbulla bağlı saxta elanlar paylaşan şəxs saxlanılıb
Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən tədbirlərlə sosial şəbəkələrdə saxta iş elanları yerləşdirərək dələduzluq edə...