Mərdəkan qəsəbəsində kanalizasiya xəttində qəza baş verib
18
avq
2026
15:42
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Ramin Qasımov küçəsində kanalizasiya xəttində qəza baş verib.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Qəza nəticəsində çirkab sular küçəyə axaraq ərazidə antisanitar vəziyyət yaradıb.
Məsələ ilə əlaqədar ADSEA-nın mətbuat xidmətindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, ərazidə kanalizasiya xəttində qəza baş verib. Tkinti normalarına uyğun olaraq xəttin dəyişdirilməsi istiqamətində hazırlıq işləri aparılır. Yaxın günlərdə problemin həll olunması nəzərdə tutulub.
Qalereya
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddətdə...