Mərdəkan qəsəbəsində evləri su basıb

Mərdəkan qəsəbəsində evləri su basıb
Video
Hadisə 721

Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Kərim Kərimov küçəsində yerləşən evlərə, zirzəmilərə, həyətlərə su dolub.

Nəticədə əksər evlərin bünövrələrində və divarlarında çatlar əmələ gəlib.

BAKU.WS Xezerxeber.az-a istinadən xəbər verir ki, sakinlər deyirlər ki, qəsəbənin müxtəlif hissələrində kanalizasiya şəbəkəsi olsa da, onların yaşadığı və 100 evin olduğu bu küçəyə illərdir xətt çəkilmir.

Yağış yağanda məhəllənin su altında qaldığını görən sakinlər öz vəsaitləri hesabına asfat örtüyü çəkdiriblər. İndi isə həyətləri su basdığından asfalt da yaşadıqları mənzillər kimi qrunt suyunun təsirinə məruz qalıb.

Hətta qurunt suyu evlərdən birinin mətbəxinə dolaraq avadanlıqları yararsız hala salıb.

İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidmətindən "Xəzər Xəbər"ə bildirildi ki, həmin ərazidə mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi mövcud deyil. Qeyd olunan həyətlər çökəklikdə yerləşdiyi üçün ətrafdan axan qrunt suyu həmin əraziyə toplanıb. Evlərin çökəklikdə inşa edilməsi suyun daim bu əraziyə axmasına səbəb olur və qurudulmasını da mümkünsüz edir.

Daha ətraflı videomaterialda:

Oxşar xəbərlər

Qusarda yol qəzası yeniyetmənin ölümünə səbəb olub

Qusarda yol qəzası yeniyetmənin ölümünə səbəb olub

Qusarda dumanlı hava şəraiti ölümlə nəticələnən qəzaya səbəb olub. BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə Qusar-Şahdağ avtomobil yolunda baş verib....

172 Hadisə 21:27 05 yanvar 2025

Son xəbərlər