"Məlhəm Hospital"da yoxlama

Məlhəm Hospitalda yoxlama
Hadisə 24

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi "Məlhəm Beynəlxalq Hospital"da plandankənar (növbədənkənar) yoxlama aparıb.

Oxu.Az "Qaynarinfo"ya istinadla xəbər verir ki, yoxlama zamanı xəstəxanada lisenziyada nəzərdə tutulmayan ginekoloji xidmət - ekstrakorporal mayalanma (IVF) üzrə fəaliyyət göstərilməsi faktı aşkar olunub.

Aparılan yoxlamanın nəticəsinə əsasən, "Məlhəm Beynəlxalq Hospital" MMC-nin direktoru və qanuni təmsilçisi Fuad Qədim oğlu Əlizadə barəsində İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək iş məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə F.Əlizadə qeyd olunan maddə üzrə təqsirli bilinib və 6 000 manat məbləğində cərimə olunub.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsinə əsasən, lisenziyada göstərilməyən tibbi xidmətlərin həyata keçirilməsinə görə fiziki şəxslər 300-500 manat, vəzifəli şəxslər 800-1 000 manat, hüquqi şəxslər isə 6 000-8 000 manat məbləğində cərimə edilirlər.

Son xəbərlər