Mələk Zeynalovanın həbs müddəti 2 il artırıldı - Cəzasını ciddi rejimdə çəkəcək
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı Apellyasiya Məhkəməsində xüsusilə külli miqdarda dələduzluqda təqsirli bilinən Mələk Zeynalova barəsindəki hökmdən verilmiş apellyasiya şikayətinə və prokurorluğun protestinə baxılıb.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, məhkəmə M.Zeynalovanın şikayətini təmin etməyib, prokurorluğun protesti isə təmin olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin təyin etdiyi 8 il həbs cəzası ləğv edilərək yeni hökm çıxarılıb. Belə ki, M.Zeynalovanın 10 il azadlıqdan məhrum edilməsinə, cəzasını ümumi rejimli deyil, ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsinə qərar verilib.
Qeyd edək ki, Ağdam rayon sakini olan M.Zeynalova xarici ölkələrə aşağı qiymətə aviabilet və tur paketləri təşkil edəcəyi adı ilə onlarla vətəndaşı aldadıb. O, dələduzluq yolu ilə vətəndaşların 575440 manatını ələ keçirib.
Məhkəmə M.Zeynalovanı Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda zərər vurmaqla dələduzluq) maddəsi ilə təqsirli bilib.
Xatırladaq ki, 2023-cü ildə M.Zeynalova polis tərəfindən saxlanılarkən Daxili İşlər Nazirliyi (DİN) onun əməlləri ilə bağlı məlumat yaymış və əhaliyə müraciət etmişdi.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddətdə...