Məktəbin anbarından oğurluq - FOTO

Məktəbin anbarından oğurluq - FOTO
Hadisə 89

Lənkəranda təhsil müəssisəsindən oğurluq olub.

BAKU.WS oxu.az-a istinadla xəbər verir ki, söhbət Liman şəhər 2 saylı tam orta məktəbdən gedir.

İlkin məlumata görə, məktəbin anbarından edilən oğurluğun ümumi dəyəri 200 manatdan çoxdur.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan oxu.az-a verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə Liman şəhər 2 saylı tam orta məktəbin anbarından oğurluq edən şəxsin kimliyi müəyyən edilib:

“Ümumi dəyəri 400 manat olan 2 ədəd soba və dəmir barmaqlıları, Nərimanabad qəsəbəsindəki yaşayış evlərindən birinin həyətindən 1 ədəd su nasosu oğurlamaqda şübhəli bilinən Liman şəhər sakini Rəşad Salayev müəyyən edilərək saxlanılıb. Şəxsi axtarış zamanı ondan narkotik vasitə heroin aşkarlanaraq götürülüb. Faktlarla bağlı Lənkəran ŞRPŞ-də araşdırma aparılır”.

Məktəbin anbarından oğurluq - FOTO

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər