Məktəbə işə düzəltmək vədi ilə 200 minlik dələduzluq - Müəllimə hökm oxundu

Məktəbə işə düzəltmək vədi ilə 200 minlik dələduzluq - Müəllimə hökm oxundu
Hadisə 32

Müxtəlif şəxsləri Bakıda məktəbə müəllim işinə düzəltmək adı ilə külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Cəbrayıl Qəmbərovun barəsindəki cinayət işinin məhkəməsi yekunlaşıb.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Telman Hüseynovun sədrliyi ilə keçirilən yekun iclasda hökm oxunub, C.Qəmbərov 7 il müddətinə azadlıqdan məhrum olunub.

Qeyd edək ki, təqsirləndirilən əvvəllər Bakı Biznes Universitetində metodist-müəllim vəzifəsində çalışıb.

O, vətəndaşları orta məktəbdə müxtəlif ixtisaslar üzrə müəllim vəzifəsinə işə qəbul etdirəcəyi vədi ilə aldadaraq, onların külli miqdarda pulunu mənimsəyib.

Cəbrayıl Qəmbərov Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) maddəsi ilə təqsirləndirilərək barəsində ittiham irəli sürülüb.

Cinayət işi üzrə zərərçəkmişlərə vurulan ziyanın ümumi miqdarı 200 min manatdan çoxdur.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər