Məktəblinin döyülməsi iddiaları ilə bağlı araşdırmalara başlanıldı - YENİLƏNİB + VİDEO

Məktəblinin döyülməsi iddiaları ilə bağlı araşdırmalara başlanıldı - YENİLƏNİB + VİDEO
Foto Video
Hadisə 6

Paytaxtın Sabunçu rayonunda yerləşən 90 nömrəli tam orta məktəbdə ikinci sinif şagirdinin xəsarət alması faktı üzrə Sabunçu Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisənin səbəbi və başvermə şəraiti ətraflı araşdırılmaqla nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul olunması təmin ediləcək.

***11.26.2023 21.34

Sosial şəbəkələrdə Sabunçu rayonu Ramana qəsəbəsində ikinci sinif şagirdinin oxuduğu məktəbdə döyülməsi ilə bağlı məlumat yayılıb.

BAKU.WS xəbər verir ki, iddialara görə hadisə 90 nömrəli tam orta məktəbdə baş verib.

Paylaşımda məktəbli qızın üz nahiyəsindən güclü zərbə aldığı görünür.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirildi ki, sözügedən paylaşımla bağlı hazırda araşdırma aparılır.

Araşdırmanın nəticəsindən asılı olaraq əlavə məlumat veriləcək.

Qeyd edək ki, hadisə ilə bağlı ilk məlumatı jurnalist İntiqam Valehoğlu sosial şəbəkə hesabında paylaşıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər