Məktəbdə yanğın baş verib, şagird və müəllimlər təxliyə olunub
Masallıda məktəbdə yanğın olub.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, Masallı rayonunun Xırmandalı kəndində yerləşən orta məktəbdə yanğın baş verib.
Otaqların birində baş verən yanğın qısa müddətdə yayılmağa başlayıb. Şagird və müəllimlər məktəbdən təxliyə olunub. Hadisə yerinə Masallı Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Aparılan təxirəsalınmaz tədbirlər nəticəsində alovun yayılmasının qarşısı alınıb.
Məlumata görə, yanğın direktorun otağından başlayıb. Yanğına səbəb isə elektrik xəttlərində baş verən qısaqapanma olub.
Qeyd edək ki, məktəbdə otaqlar elektrik vasitələrindən istifadə olunaraq qızdırılır.
Əlavə məlumat veriləcək.
Oxşar xəbərlər
Xaçmazda qatar avtomobili vurub, sürücü ölüb
Xaçmaz rayonunda qatar avtomobili vurub, sürücü ölüb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, rayonun Nərəcan kəndində dəmir yolu keçidini keçmək istəyən "V...