Məktəbdə halı pisləşib ölən şagirdlə bağlı bəzi təfərrüatlar məlum olub

Məktəbdə halı pisləşib ölən şagirdlə bağlı bəzi təfərrüatlar məlum olub
Hadisə 2594

"Bu gün Xudat şəhər 5 nömrəli məktəbin 8-ci sinif şagirdi Rəcəbova Xədicə Rəcəb qızının məktəbdə vəziyyəti pisləşib və bundan sonra təcili tibbi yardıma zəng olunub".

Bu barədə BAKU.WS-ə Xaçmaz rayon Təhsil Şöbəsindən məlumat verilib.

Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Ağamirzə Əzimov BAKU.WS-ə deyib ki, şagirdin dünyasını dəyişməsinə nəyin səbəb olması hələlik məlum deyil: "Buna həkimlər rəy verəcək. Halı pisləşib və aparıblar xəstəxanaya, orada isə keçinib.

Məktəbdə uşağa ilkin tibbi yardım göstərmək üçün tibb xidmət məntəqəsi olmayıb. "Balaca məktəbdir. Heç bir tibb məntəqəsi yoxdur. Məktəb tərəfindən nə bacarılıbsa, həkim gələnə qədər edilib", - deyə Ağamirzə Əzimov qeyd edib.

Təhsil İdarəsindən verilən məlumata görə, Xədicə Rəcəbova tərbiyəli və dərslərini yaxşı oxuyan bir şagird olub. Səhhətində əvvəllər hansısa problemin olub-olmaması isə məlum deyil.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər