Məktəbdə halı pisləşən 8-ci sinif şagirdi ölüb
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün Xudat şəhərində məktəbli ölümü baş verib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, Xudat şəhər 5 nömrəli məktəbin 8-ci sinif şagirdi Rəcəbova Xədicə Rəcəb qızının məktəbdə vəziyyəti pisləşib. Xaçmaz Təhsil Şöbəsindən verilən məlumata görə, xəstəxanaya çatdırılan məktəblini xilas etmək mümkün olmayıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
İlkin məlumata görə, məktəbli bir həftə temperaturu olduğu üçün müalicə olunub. Bir həftədən sonra dərsə gəlib və bu gün qəflətən halı pisləşib.
Meyit tibbi ekspertizadan keçirilməsi üçün morqa aparılıb. Ölümün səbəbi ekspertin rəyindən sonra bilinəcək.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Bakıda daha bir məktəbdə faciə – Bir şagird öldü, ikisi saxlanıldı
Bakıda daha bir məktəblinin faciəvi ölümü ilə bağlı məlumat yayılıb.“Qafqazinfo” xəbər verir ki, hadisə fevralın 21-də təxminən saat 12:00 radələrində 123 nömrə...