Məkkədə azərbaycanlı zəvvarlar xəsarət alıblar - AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
Həcc ziyarətində olan iki azərbaycanlı xəsarət alıb.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, iyunun 14-də səhər Məkkədə hoteldə qalan iki zəvvar qadın liftin şaxtaya düşməsi nəticəsində yaralanıb.
Zəvvarların səhhəti barədə Oxu.Az-a açıqlama verən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem məsulu Vüsal Cahangiri qeyd edib ki, xəsarət alanların sağlamlıq durumunda ciddi problem yoxdur:
"Zəvvarlar yüngül xəsarət alıblar, onlara ilkin tibbi yardım göstərilib və sağlamlıqları təhlükədə deyil".
Qeyd edək ki, Azərbaycandan həcc ziyarətinə səfər iyunun 4-dən başlayıb. Ümumilikdə 1 500 azərbaycanlı zəvvar təyyarələrlə iyunun 10-dək Məkkəyə çatdırılıb. Həcc ziyarətinin başa çatmasından sonra zəvvarlar təyyarə reysləri ilə iyulun 2-dək Vətənə qayıdacaqlar.
Oxşar xəbərlər
Bakıda liftdəki qəza ilə bağlı həbslər başladı
Bakıda binanın liftinin qırılması ilə bağlı “Nəsimi 3” MMC-nin idarə heyətinin sədri Əzizov Soltanəhməd Şota oğlu barəsində həbs-qətimkan tədbirinin seçilməsi i...